Şəmkir Gənclər Evindən daha bir NƏCİB AKSİYAbackend

Şəmkir Gənclər Evindən daha bir NƏCİB AKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir Gənclər evi müqəddəs Qurban bayramı ilə əlaqədar Şəmkir rayonunun aztəminatlı, qayğıya ehtiyacı olan ailələrinə bayram sovqatı paylayıb.

İnterpress.az xəbər verir ki, onlarla ailəyə bayram sevinci bəxş edən Gənclər Evinin əməkdaşları aksiya zamanı karantin qaydalarına da ciddi riayət ediblər.

Aksiya barədə danışan Şəmkir Gənclər Evinin direktoru İlkin Musayev bildirib ki, bu onların vətəndaşlıq borcudur: “İlk günlərdən Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan “Biz birlikdə güclüyük” devizi altında aksiyalara qoşulmuşuq. Müqəddəs Qurban bayramı ilə əlaqədar ehtiyacı olan onlarla ailəyə yardım etdik, onlara bayram sovqatı payladıq. Gələcəkdə də bu cür xeyriyyə aksiyalarını davam etdirmək niyyətindəyik. Fürsətdən istifadə edərək, başda Möhtərəm Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olmaqla bütün dünya azərbaycanlılarını Qurban bayramı münasibətilə təbrik edirəm! Qoy Azərbaycanımız daha güclü, daha firavan, daha qüdrətli olsun! Torpaqlarımız tezliklə işğaldan azad olunsun! Azərbaycan ordusu zəfər qələbəsi əldə etsin!”.