Şəmkirdə minik maşını dərəyə aşıb, ölən və yaralananlar varbackend

Şəmkirdə minik maşını dərəyə aşıb, ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Interpress.az-ın məlumatına görə hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun Yasamal adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza zamanı 1 nəfər ölüb, 1 nəfər itkin düşüb, 2 nəfər isə xəsarət alıb. Hadisə yerinə FHN-nin xilasediciləri və təcili tibbi yardım birqadalarının əməkdaşları cəlb olunub./APA