Şəmkirdə sürücülük hüququ olmayan şəxs qəza törədib, ölən varbackend

Şəmkirdə sürücülük hüququ olmayan şəxs qəza törədib, ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir rayonunun Yeni Həyat kəndində ölümlə nəticələn yol qəzası olub.

2007-ci il təvəllüdlü Ayxan Amasovun idarə etdiyi “VAZ 2112” markalı avtomobil Şəmkir rayonu istiqamətinə hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtomobildə olan sürücü A.Amasov və sərnişin – 2009-cu il təvəllüdlü Alıyev Turxan İlham oğlu xəsarət alıb, digər sərnişin – 1998-ci il təvəllüdlü Alıyev Orxan İlham oğlu aldığı xəsarətlərdən Şəmkir Rayon Mərkəzi Xəstəxanasında ölüb.