Seneqalda prezident seçkiləri təxirə salınıbbackend

Seneqalda prezident seçkiləri təxirə salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seneqal prezidenti Macky Sall fevralın 25-də keçiriləcək prezident seçkilərinin qeyri-müəyyən müddətə təxirə salındığını açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Seneqal prezidenti Macky Sall xalqa müraciətində bildirib ki, Milli Assambleya ilə Konstitusiya Şurası arasında bir neçə gündür ki, fikir ayrılığı var.

Sall Konstitusiya Şurasının korrupsiya ittihamları səsləndirməsindən sonra Milli Məclisin prezidentliyə namizədlik prosesini araşdırmaq üçün komissiya yaradılmasına qərar verdiyini qeyd edib və Konstitusiya Şurasının bütün ittihamları rədd etdiyini bildirib.

Sall, Konstitusiya Şurasının elan etdiyi yekun namizədlər siyahısında bir adın Fransa vətəndaşı olmasının üzə çıxması ilə Milli Məclis və Konstitusiya Şurası arasında müzakirələrin daha da dərinləşdiyini vurğulayıb.

Sözügedən namizədin Konstitusiyanın “Prezidentliyə bütün namizədlər yalnız Seneqal vətəndaşı olmalıdır” ifadəsi ilə 28-ci maddəsini pozduğuna diqqət çəkən Sall, bu şərtlər altında seçkilərin etibarının böyük zərər gördüyünü qeyd edib.

Prezident Sall Seneqalın daxili böhrana dözə bilməyəcəyini və hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qanunvericilik və məhkəmə hakimiyyəti arasındakı mübahisəyə müdaxilə etməyəcəyini bildirib.

Milli Məclisdə gündəmi nəzərə alan Sall, seçkiləri tənzimləyən fərmanı ləğv etdiyini açıqlayıb.

Beləliklə, Seneqal tarixində ilk dəfə olaraq prezident seçkiləri təxirə salınıb. Seçkinin nə qədər müddətə təxirə salındığı açıqlanmayıb.