Seneqalda prezident seçkilərinin təxirə salınması küçələrdə xaosa səbəb olubbackend

Seneqalda prezident seçkilərinin təxirə salınması küçələrdə xaosa səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seneqalda fevralın 25-də keçiriləcək prezident seçkiləri qeyri-müəyyən müddətə təxirə salındıqdan sonra paytaxt Dakarda nümayişçilər küçələrə axışıb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Prezident Macky Sall-ın parlament və Konstitusiya Şurası arasındakı böhranı əsas gətirərək prezident seçkilərini təxirə salması müxalifətdən ağır tənqidlərə məruz qalıb.

Bəzi müxalifət prezidentliyə namizədlər normal şəraitdə dünən rəsmən başlayacaq seçki kampaniyası cədvəlinə sadiq qalacaqlarını bildirərək Dakarda görüş çağırıblar.

Təhlükəsizlik qüvvələri şəhərin müxtəlif nöqtələrində, xüsusilə də Saint-Lazare qovşağında toplaşan kütləyə bibər qazı ilə müdaxilə edib.

Keçmiş baş nazir və müxalifətçi siyasətçi Aminata Ture, prezidentliyə namizəd Daouda Ndiaye və Anta Babacar saxlanılıb.

Nümayişçilər şəhərin bəzi əsas keçid məntəqələrində təkər yandıraraq nəqliyyatın hərəkətini dayandırıb və polisin müdaxiləsinə daş ataraq cavab veriblər. Bəzi küçələrdə Fransa bayraqlarının yandırıldığı görülüb.