Sərnişin telefonunu itirdiyi üçün təyyarə GERİ QAYTARILDI – FOTObackend

Sərnişin telefonunu itirdiyi üçün təyyarə GERİ QAYTARILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərnişin telefonunu itirdiyi üçün təyyarə səmada geri qaytarılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb. Bildirilir ki, bir saatdan çox uçuşda olan təyyarə mıəcburi geri qayıdıb.

Telefonun itməsi yalnız bir saatdan çox uçuşdan sonra müşahidə edilib.

Nəşr yazır ki, təyyarə havada olarkən telefon tapılmadığından ekipaj ehtiyat tədbiri olaraq Paris hava limanına qayıtmağa qərar verib.

Aviaşirkətin özü mobil cihazın təcili geri dönüşə səbəbini açıqlamayıb. Lakin bəzi hesabatlar tələskənliyin litium-ion batareyaları ilə bağlı olduğunu göstərir. Onlar yanğına səbəb ola bilər.

Telefon yerə endikdən sonra tapılıb və uçuş 20 dəqiqə sonra davam edib. Uçuş geciksə də, heç bir fəsad olmayıb.

Xuraman Etibarlı

İnterpress.az