Sərxoş iş adamı mühafizəçini başından GÜLLƏLƏDİbackend

Sərxoş iş adamı mühafizəçini başından GÜLLƏLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada iş adamı “Ukrayna” otelində mühafizəçini başından güllələyib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, aprelin 28-nə keçən gecə “Gelendvagen” markalı avtomobil otelin qarşısında dayanaraq pəncərələri aşağı salıb və mühafizəçinin başından atəş açıb. Daha sonra cinayət yerindən qaçıb.

Güllə möcüzəvi şəkildə dəlib keçib, yalnız cızıq qalıb. Hadisə şahidləri maşının nömrəsini xatırlayaraq, polisə məlumat veriblər.

Axtarış qısamüddətli olub. Atan şəxs sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb və polis bölməsinə aparılıb.

Axtarış zamanı üzərindən hamar lüləli tapança, cins şalvarının cibindən 3 kisə narkotik vasitə aşkar edilib. İndi onu eyni anda üç cinayət işi gözləyir.

Xuraman Etibarlı

İnterpress.az