Şimali Koreya “Bulhvasal-3-31” adlı yeni tipli strateji qanadlı raketin ilk sınaq atışının həyata keçirildiyini açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Şimali Koreyanın Raket Baş İdarəsi yeni tipli strateji qanadlı raket “Bulhvasal-3-31”in ilk sınaq atışını həyata keçirib.
Raketlərin Baş İdarəsi atəşin silah sisteminin inkişaf etdirilməsi prosesi çərçivəsində adi və məcburi bir fəaliyyət olduğunu açıqlayıb.
Sınaq atışının qonşu ölkənin təhlükəsizliyinə mənfi təsir göstərmədiyi bildirilib.