Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 60 şagird Fənn olimpiadalarının finalına vəsiqə qazanıbbackend

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 60 şagird Fənn olimpiadalarının finalına vəsiqə qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 60 şagird Fənn olimpiadalarının finalına vəsiqə qazanıb/

İnterpress.az xəbər verir ki, Respublika Fənn Olimpiadalarının yarımfinal turunun nəticələri açıqlanıb.

Nəticələrə əsasən, Şirvan -Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsilalan 60 şagird müsabiqənin final turunda iştirak etmək hüququ qazanıb.

Mərhələnin nəticələrinə əsasən, olimpiadaların final mərhələsinə Şirvan rayonu üzrə 25, Neftçala rayonu üzrə 16, Biləsuvar rayonu üzrə 8, Salyan rayonu üzrə 7, Hacıqabul rayonu üzrə 4 şagird vəsiqə qazanıb.

Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.