Slovakiyada ayı insanlara hücum edib: 2 yaralı varbackend

Slovakiyada ayı insanlara hücum edib: 2 yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiyada şəhərə girən ayı küçədə iki nəfəri yaralayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Slovakiyanın Liptovski Mikulas şəhərinə enən ayı ətrafdakı insanlara hücum edib.

Ayı hücumunda 49 yaşlı qadın çiynindən, 72 yaşlı kişi isə başından yaralanıb. Xəbərdarlıq edən qruplar hərəkətə keçərək ayını tutaraq yenidən meşəyə buraxıblar.

Şəhərə enən ayı ətrafdakılar tərəfindən görünərkən, yol boyu qaçan ayının səkidə bir adama hücumu görüntülənib.

Slovakiyanın Ətraf Mühit Nazirliyi, Rumıniya ilə birlikdə ayıların nəsli kəsilmək təhlükəsi olmadığı üçün ov üçün qorunan növlər siyahısından çıxarılması təklifini növbəti Avropa İttifaqının (Aİ) Ətraf Mühit Nazirləri Şurasına təqdim edəcəyini açıqlayıb.