Ukraynadakı müharibə uzana bilər, Avropa ölkələri Kiyevə daha çox “Patriot” hava hücumundan müdafiə sistemləri verməlidir.
İnterpress.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts bildirib.
“Hamımıza aydındır ki, bu müharibənin istədiyimizdən daha uzun sürməsinə hazır olmalıyıq”, – o deyib.
Şolts Avropa ölkələrini Ukraynaya daha da çox hava hücumundan müdafiə sistemləri verməyə çağırıb.