Somalidə terroe hücumu nəticəsində 2 nəfər ölübbackend

Somalidə terroe hücumu nəticəsində 2 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Somalinin paytaxtı Moqadişoda baş verən intiharçı hücumda ilkin məlumata görə, iki nəfər həyatını itirib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Somali polisinin verdiyi açıqlamaya görə, şəhərin ən sıx nöqtələrindən birində intiharçı hücumu həyata keçirilib.

İlkin məlumata görə, hücum nəticəsində 2 nəfər ölüb, 2 mülki şəxs yaralanıb.

Hücuma görə məsuliyyəti “Əş-Şəbab” terror təşkilatı öz üzərinə götürüb.

Dünən təşkilat ölkənin mərkəzi hissəsindəki Qalmuduq əyalətində hərbi bazaya hücum edib və şiddətli toqquşmalar baş verib.

Somali prezidenti Həsən Şeyx Mahmud terror təşkilatı Əl-Şəbab ilə hərtərəfli mübarizə aparılacağını açıqlayıb.