SON DƏQİQƏ: Məhkəmə Bakıda moped sürücüsünü döyən “Lexus”un sürücüsü ilə bağlı HÖKM OXUDUbackend

SON DƏQİQƏ: Məhkəmə Bakıda moped sürücüsünü döyən “Lexus”un sürücüsü ilə bağlı HÖKM OXUDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yol vermədiyi üçün moped sürücünə güc tətbiq edən Sultan Dadaşov məhkəmə qarşısına çıxarılıb.

İnterpress.az-ın apa-ya istinadən xəbərinə görə, məhkəmənin qərarı ilə Sultan Dadaşov barəsində 25 sutka inzibati qaydada həbs qərarı verilib.

 

Xatırladaq ki, sözügedən hadisə ilə bağlı ötün gün sosial şəbəkədə görüntülər yayılıb.

 

“Lexus” 10 VX 707 dövlət qeydiyyat nişanlı minik avtomobili ona yol verməyən moped sürücüsünü əvvəlcə avtobillə sıxaraq xəsarət yetirib.

 

Daha sonra “Lexus”-un sürücüsü Sultan Dadşov avtomobildən düşərək digər sürücüyə qarşı təhqiredici ifadələr işlədib, fiziki güc nümayiş etdirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma başlanılıb.