Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son illərdə 1000-dən çox rusiyalı diplomatın NATO ölkələrindən deportasiya edildiyini bildirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Zaxarova Dünya Gənclər Festivalı çərçivəsində Soçidə keçirdiyi həftəlik mətbuat konfransında bildirib ki, son aylarda onlarla rus diplomatı deportasiya edilib.
Zaxarova deyib: “Bu, tək bir məsələ deyil, onlar deportasiya edirlər, biz yenisini göndəririk, geri göndərirlər, ya da viza vermirlər. Düşünürəm ki, artıq 1000-dən artıqdır. Görünür, diplomatlarımız yaxşı işləyir”.
Belçikanın baş naziri De Croonun Ukraynaya yardımın maliyyələşdirilməsinin Rusiyanın Belçikadakı dondurulmuş aktivləri hesabına həyata keçirildiyi barədə açıqlamasına gəlincə, Zaxarova buna da cavab verəcəklərini qeyd edib.