Şotlandiya liderindən müstəqillik çağırışıbackend

Şotlandiya liderindən müstəqillik çağırışı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şotlandiyanın birinci naziri Nikola Stercen Rişi Sunakın Böyük Britaniyanın növbəti baş naziri olacağı xəbərindən sonra yeni seçkilərə və Şotlandiyanın müstəqilliyinə çağırıb.

Bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.

O bildirib ki, Şotlandiya üçün Sunak “səs vermədiyimiz növbəti bir baş nazir olacaq”.

“Burada mandatı olmayan Vestminster hökumətlərindən zərər görməmək və gələcəyimizi öz əlimizə almaq üçün Şotlandiya müstəqilliyə ehtiyac duyur”, – deyə Stercen əlavə edib.

Xatırladaq ki, iyun ayında birinci nazir 2023-cü il oktyabrın 19-da Şotlandiyanın Böyük Britaniyadan ayrılması ilə bağlı ikinci referendum keçirmək niyyətində olduğunu bildirmişdi.

Mənbə: pravda.com.ua