Ankarada Sudan prezidenti Əbdülfəttah əl-Burhanın oğlu Mohamed A. Fettah el-Burhan Rahman motosikleti sürərkən qarşısındakı yüngül ticari avtomobili vurub.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Yola atılan Rəhman ağır yaralanıb.
Qəza axşam saatlarında Kızılcaşar məhəlləsindəki Kiraz bulvarında baş verib. Sudan prezidenti Əbdülfəttah əl-Burhanın oğlu Mohamed A. Fettah el-Burhan Rahmanın idarə etdiyi motosiklet qarşısındakı yüngül ticari avtomobilə çırpılıb.
Motosiklet qəzanın şiddətindən aşdığı üçün Rəhman metrlərlə yerə yıxılıb. Qəzanı görənlərin xəbəri üzərinə hadisə yerinə təcili yardım və polis cəlb olunub.
Həkimlərin müayinəsi zamanı ağır yaralandığı müəyyən edilən Rəhman hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım maşını ilə Bilkənd Şəhər Xəstəxanasına aparılıb.
Yüngül ticari avtomobilin sürücüsü saxlanılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Rəhmanın həyati təhlükəsinin hələ də davam etdiyi öyrənilib.