Sumidə bugünkü hücumda həlak olanlara görə 4 iyun matəm günü elan edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna hakimiyyətindən məlumat verilib.
“Sumı 4 iyun tarixini düşmənin bugünkü hücumunda insan itkisi ilə əlaqədar matəm günü elan edir”, – məlumatda deyilir.
Bu qərar iyunun 3-də Sumıda baş verən atışma nəticəsində həlak olanların kədəri əlaməti olaraq qəbul edilib.
Sumidə belə bir tədbir qurbanların xatirəsinə elan edilib və həlak olanların ailələrinə dəstək ifadə olunub.
Xatırladaq ki, Rusiya ordusu Ukraynanın Sumı şəhərini atəşə tutub. Hücum nəticəsində 3 nəfər ölüb, 16 nəfər yaralanıb.
Xuraman Etibarlı
İnterpress.az