Sabirabadda bir ailənin dörd üzvü yanğında ölüb, iki nəfər xilas edilibbackend

Sabirabadda bir ailənin dörd üzvü yanğında ölüb, iki nəfər xilas edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabad rayonunun Muğan Gəncəli kəndində baş verən və ikisi körpə olmaqla 4 nəfərin ölümünə səbəb olan yanğının ilkin səbəbləri məlum olub.

Yanğın gecə saatlarında evdə elektrik naqillərində olan qısaqapanmadan baş verib. Gecə saatları olduğundan evdə olan şəxslərin 4-ü də yuxuda olub.

FHN-in müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar və yanğın söndürülüb. Yanğının kəşfiyyatı zamanı məlum olub ki, ev İmanova Bahar Niyaz qızına məxsus olub. Evdə yanğın zamanı olan ev sahibinin oğlu Tural İmanov, gəlini Safalı İmanova və nəvələri- 2020-ci il təvəllüdlü Osmanbəy İmansoy və 2024-cü il təvəllüdlü Esma İmansoy yanaraq ölüb.

Hazırda faktla bağlı Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.