Suraxanıda 42 yaşlı qadını avtomobil vurubbackend

Suraxanıda 42 yaşlı qadını avtomobil vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Suraxanı rayonunda qeydə alınıb. Yeni Günəşli qəsəbəsində avtomobil yolu keçən 1980-ci il təvəllüdlü Quliyeva Aynurə Fərhad qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.