Tacikistanda silahlı çevriliş planlaşdıran eks-deputat həbs edilib.
interpress.az xəbər verir ki, bu barədə XovAR xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, Demokratlar Partiyasının keçmiş rəhbəri Səidcəfər Usmonzoda Tacikistanda həbs edilib.
O, xaricdən gəlməli olan “terror təşkilatlarından” 3000 yaraqlının köməyi ilə hərbi və hüquq-mühafizə orqanlarının binalarını ələ keçirməyi planlaşdırmaqda şübhəli bilinir.
Qeyd olunur ki, Usmonzoda “nüfuzlu insanları cəlb etmək və mitinqlər təşkil etmək üçün” ölkələrdən birinin nümayəndəsindən 10 milyon dollar istəyib.
Mənbənin məlumatına görə, yaraqlılar Əfqanıstanda yerləşən “Camaat Ənsarullah” qruplaşmasından gəlməli idilər.
Xuraman Etibarlı
İnterpress.az