Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi təyinatlı dəstə YARADIRbackend

Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi təyinatlı dəstə YARADIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi təyinatlılar yaradır.

İnterpress.az xəbər verir ki, bu barədə “Afganistan İnternational” məlumat yayıb.

“Taliban” lideri Axundzadə “İŞİD-i və digər müxalif qrupları yatırmaq üçün” xüsusi dəstənin yaradılması barədə şifahi əmr verib.

Məlumata görə, xüsusi təyinatlılar işsiz Talibandan yaradılacaq və onlara müasir silahlar veriləcək.

Silahlılar Talibanın əldə etdiyi kəşfiyyat məlumatları əsasında İŞİD-ə qarşı əməliyyatlar keçirəcək.

Bu təşəbbüsün Taliban liderlərinin ölkənin işsiz sakinlərinin İŞİD və digər terror qruplaşmalarına qoşulmasından narahatlığı ilə izah edildiyi vurğulanır.

Xuraman Etibarlı

İnterpress.az