Tailandın mərkəzində atəşfəşanlıq fabrikində baş verən partlayış nəticəsində azı 15 işçi həlak olub.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Axtarış-xilasetmə qruplarının verdiyi açıqlamaya görə, ölkənin mərkəzi hissəsindəki Suphan Buri şəhərində atəşfəşanlıq fabrikində partlayış baş verib.
İlkin məlumata görə, partlayış nəticəsində azı 15 işçi həlak olub.
Sosial şəbəkələrdəki yazılar fabrikin yararsız hala düşdüyünü göstərib.