Tbilisinin Aeroport qəsəbəsində orta yaşlı kişi qonşusu tərəfindən qətlə yetirilib.
İnterpress.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib.
Şahidlərin sözlərinə görə, qətl hadisəsi qarşılıqlı mübahisə zəminində baş verib.
Yerli sakinlər bildiriblər ki, qətli törədən şəxsin psixi problemləri olub və o, artıq polis tərəfindən saxlanılıb.