TƏBİB: Bu gün kadr çatışmazlığımız yoxdurbackend

TƏBİB: Bu gün kadr çatışmazlığımız yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Lazım olsa, gələcəkdə xaricdən həkim dəvət etməyə çalışacağıq. Lakin bugünkü gündə kadr çatışmazlığımız yoxdur”.

İnterpress.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva deyib.

Onun sözlərinə görə, hazırda ölkədə xarici ölkələrdən gələn həkimlərlə birlikdə iş aparılır: “Gələcəkdə yenidən ölkəyə həkim dəvət edilməsi ilə bağlı proqnoz vermək mümkün deyil. Çünki bu virusun özünü necə aparacağını təxmin etmək mümkün deyil. Öz tərəfimizdən hazırlıqlı olmağa çalışırıq”.

 

İnterpress.az