TƏCİLİ: Rusiyanın müdafiə naziri Sergey Şoyqu infarkt keçirdi, reanimasiyaya yerləşdirildibackend

TƏCİLİ: Rusiyanın müdafiə naziri Sergey Şoyqu infarkt keçirdi, reanimasiyaya yerləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın müdafiə naziri Sergey Şoyqu infarkt keçirib.

İnterpress.az “UNİAN”a istinadən xəbər verir ki, bunu İsraildə yaşayan “YUKOS” şirkətinin keçmiş sahibi Leonid Nevzlin məlumat verib.

Şoyqunun hazırda xəstəxanada olduğu bildirilir.

Nevzlin bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu infarkt keçirib və reanimasiyaya yerləşdirilib.

Onun sözlərinə görə, Şoyqu reanimasiyada aparata qoşulub və onun sağ qalıb-qalmayacağı bəlli deyil. O bildirib ki, Şoyqu sağ qalsa da, bəlkə də, əlil ola bilər.

Nevzlin, həmçinin qeyd edib ki, Rusiyada təqribən 20 general həbs olunub.