TƏCİLİ: Türkiyədə bu hərbçilərin həbsi ilə bağlı yeni əməliyyata başlanıldıbackend

TƏCİLİ: Türkiyədə bu hərbçilərin həbsi ilə bağlı yeni əməliyyata başlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələrinin (TSK) FETÖ/PDY terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyat keçirilir.

İnterpress.az xəbər verir ki, bu istiqamətdə aparılan istintaq nəticəsində TSK-nın 60 üzvünün saxlanılmasına qərar verilib.

Qərar əsasında mərkəzi İzmir olmaqla ölkənin 26 vilayətində paralel əməliyyatlar başladılıb. Onların arasında ölkənin Quru Qoşunları, Hərbi Dəniz və Hava qüvvələrinin əməkdaşları da var.

İndiyədək bu şəxslərdən 44-ü ələ keçirilib.

Digər şübhəli şəxslərin də saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.