Tələbə gənclər üçün təşkil olunmuş yeni il tədbirləri yekunlaşıb – FOTObackend

Tələbə gənclər üçün təşkil olunmuş yeni il tədbirləri yekunlaşıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən mərhələli şəkildə 600 nəfər tələbə gəncin iştirak etdiyi “Bye-Bye 2021” yeni il tədbirləri yekunlaşıb.

“Hələlik 2021” devizi ilə 4 fərqli formatda, 4 müxtəlif hədəf qrupu üzrə təşkil olunmuş yeni il şənliklərinin əsas məqsədi tələbələr üçün 2021-ci ilin yekununda əyləncəli tədbir təşkil etmək, fərqlənmiş tələbələri mükafatlandırmaq, onların növbəti ilə daha yüksək əhval-ruhiyyə ilə yollanmalarını təmin etmək idi.

Tələbələrin post-pandemiya dövrünə keçidini sürətləndirmək, onlar üçün dərs ilindən sonra rahat mühit formalaşdırmaq, əyləncəli vaxt keçirməklə yanaşı tələbələrin bir-biriləri ilə şəbəkələşməsinə imkan yaratmaq kimi hədəfləri olan şənlik “Yellow Day”,  “Blue Day”, “Green Day” və “Red Day” partilərindən ibarət olub.

Cəmiyyətimizdə innovativ sosial sahibkarlıq ideyaları ilə fərqlənən Enactus fəalları, xarici tələbələr və beynəlxalq təcrübəyə sahib olan yerli tələbələr, ictimai fəallığı ilə seçilən aktiv, fəal tələbələr, həmçinin Tələbə Gənclər Təşkilatlarının komandasının fəal üzvlərinin iştirakı ilə keçirilən partilər maraqlı və unudulmaz xatirələrlə yadda qalıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən gənclər siyasətinə, eləcə də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının fəaliyyətinə 2021-ci il ərzində müstəsna töhfə vermiş tələbələr mükafatlandırılıb, onların hər zaman diqqət mərkəzində olduğu vurğulanıb.

Ötən il ərzində unudulmaz xatirələr, möhkəm dostluqlar və dəyərli təcrübələr qazandıqlarını bildirən iştirakçılar keçirdikləri əyləncəli anları sosial media hesablarında paylaşıblar.
Qeyd edək ki, partilərin təşkili və keçirilməsi zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 pandemiyası ilə əlaqədar müəyyən etdiyi qayda və tövsiyələr nəzərə alınmaqla, yalnız COVİD-19 pasportu olan şəxslərin iştirakı təmin olunub.