Çelyabinskdə yeni binada lift 10-cu mərtəbədən aşağı düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Çelyabinskdə yeni binada kişi və qadın 10-cu mərtəbədə liftə daxil olduqdan sonra kabinə qəfil aşağı hərəkət edib.
Sakinlərin sözlərinə görə, lift 6-cı mərtəbədən 3-cü mərtəbəyədək sərbəst şəkildə düşüb, daha sonra qəza əleyhinə sistem işə düşüb.
Hadisə nəticəsində hər iki sakin ayaqlarından xəsarət alıb.
Bina 2024-cü ildə istifadəyə verilib. Yerli sakinlərin sözlərinə görə, lift bundan əvvəl də dəfələrlə xarab olub və aparılan təmir işləri problemi yalnız qısa müddətə aradan qaldırıb.
Prokurorluq hadisə ilə bağlı yoxlama təşkil edib.
Xuraman Etibarlı
İnterpress.az






