Xiaomi 2,5 kiloqram tutumlu mini paltaryuyan TƏQDİM ETDİbackend

Xiaomi 2,5 kiloqram tutumlu mini paltaryuyan TƏQDİM ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xiaomi corab və alt paltarları üçün mini paltaryuyan qurğu təqdim edib.

İnterpress.az xəbər verir ki, bu barədə şirkət yeni məhsulu ilə bağlı məlumat yayıb.

Xiaomi-nin Mini Twin-Tub Washer-Dryer adlı qurğusunun eni cəmi 60 santimetrdir və iki barabanla təchiz olunub.

Hər barabana 2,5 kiloqrama qədər paltar yerləşdirmək mümkündür. Bu, müxtəlif geyimlərin ayrı-ayrılıqda yuyulmasına imkan verir.

Qurğu yuma ilə yanaşı, paltarları qurutma funksiyasına da malikdir.

Paltarlar yuyulduqdan sonra çıxarılmadıqda isə aktiv ventilyasiya sistemi onların uzun müddət nəm qalmasının qarşısını almağa kömək edir.

Xuraman Etibarlı

İnterpress.az