Tənzilə Rüstəmxanlı təşviqat kampaniyası çərçivəsində Tatarməhlə sakinləri ilə görüşdü – FOTOLARbackend

Tənzilə Rüstəmxanlı təşviqat kampaniyası çərçivəsində Tatarməhlə sakinləri ilə görüşdü – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində avqustun 15-də 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının seçicilərlə növbəti görüşü baş tutub.

Bu barədə İnterpress.az-a Tənzilə xanımın seçki qərargahından məlumat verilib.

Görüş Neftçala rayonu Tatarməhlə kəndində keçirilib. Görüşdə ağsaqqallar, ziyalılar, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tənzilə Rüstəmxanlı alqışlarla qarşılanıb. Əvvəlcə dövlət himni səsləndirilib, daha sonra çıxışlara yer verilib.

Görüşü giriş sözü ilə açan aparıcı Tənzilə xanımın platforması haqqında geniş məlumat verib, “Neftçala üçün birlikdə!” şüarının əhəmiyyətindən danışıb və seçiciləri xalqın layiqli namizədinə səs verməyə çağırıb.

Görüşdə namizədin vəkilləri onun gələcək platformasından, ictimai-siyasi fəaliyyətindən söz açıb, Tatarməhlə sakinlərini seçkilərdə aktiv iştirak edərək Tənzilə Rüstəmxanlıya səs verməyə çağırıblar.

Onlar bildiriblər ki, Tənzilə xanım Milli Məclisdə təmsil olunacağı halda seçiciləri ilə mütəmadi görüşləri davam etdirəcək.

Daha sonra Tənzilə Rüstəmxanlı çıxış edib. Xanım namizəd əsas olaraq Neftçalada olan qadın problemlərinə, onların işlə təmin olunması, qadın hüquqlarının qorunması və bu kimi digər məsələlərə toxunub və ona yüksək etimad göstərilib millət vəkili seçilərsə, bu yolda görəcəyi işlərdən danışıb.

Xanım namizəd seçildiyi təqdirə şəhid ailələrinin və qazilərinin problemləri ilə məşğul olacağını və mütəmadi onların yanında olacağını bildirib.
Sonda onun “mən buraya sizlərdən biri olmağa gəlmişəm” sözləri görüş iştirakçılarının alqışlarına səbəb olub.

Tədbirin yekununda kənd sakinləri dinlənilib, qeydlər aparılıb və xatirə şəkilləri çəkilib.