“Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradıdır” – Hikmət Hacıyevbackend

“Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradıdır” – Hikmət Hacıyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın humanitar atəşkəslə bağlı “öhdəliyi” tamamilə riyakarlıqdır”.

İnterpress.az xəbər verir ki,, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

O qeyd edib ki, səhər saatlarından etibarən Tərtər şəhəri ağır artilleriya hücumuna məruz qalır: “Tərtər rayonuna və onun kəndlərinə 100-dən çox top mərmisi düşüb, nəticədə 6 mülki şəxs yaralanıb, bir nəfər həlak olub. Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradıdır”.

 

İnterpress.az