Norveçin paytaxtı Osloda Tesla markalı avtomobillə fyorda düşən iki nəfəri üzən saunada olan insanlar xilas edib. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Suya basdırılan Tesla evakuatorun köməyi ilə sudan çıxarılıb. Osloda Tesla elektrik avtomobilini idarə edən şəxs park rejimində olduğunu düşünərək qaza basarkən dostu ilə soyuq sularda özünü tapıb.
Yaxınlıqdakı saunada olan insanlar sürətlə batmaqda olan avtomobilin üzərinə çıxaraq xilas olunmağı gözləyən iki nəfərin imdadına qaçıblar.
Adları açıqlanmayan qəhrəmanlar avtomobildə gözləyən iki nəfəri çəkib saunaya yerləşdiriblər və avtomobil suya batmazdan saniyələr əvvəl diqqətinin dağılmasından şoka düşən iki nəfəri xilas edə bilib.
Suya basdırılan Tesla evakuatorun köməyi ilə sudan çıxarılıb.