ABŞ-ın Texas ştatında çox sayda insanın olduğu bazar günü mərasimindən əvvəl böyük kilsəyə silahlı hücum olub.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Hyuston şəhər mərkəzindən təxminən 10 kilometr aralıda yerləşən Leykvud kilsəsində pastor Coel Osteen tərəfindən keçiriləcək ibadət mərasimindən bir qədər əvvəl silahlı hücum baş verib.
Hyuston Polis Departamentinin X hesabında edilən açıqlamada hadisənin davam etdiyi bildirilərək, ərazidən uzaq durması istənilib.
Lakewood Church-un X hesabında paylaşılan mesajda atışma səsləri təsdiqləndi və polis bölmələrinin hadisə yerində olduğu qeyd edildi.
Harris dairəsinin şerifi Ed Qonzales də ehtimal edilən hücumçunun polis tərəfindən vurulduğunu və kilsədə axtarış aparıldığını bildirib.
Hadisə şahidi silah səslərini eşitdikdə xidmətin başlamasını gözlədiyini bildirib.
Hartford Dini Araşdırmalar İnstitutunun məlumatlarına görə, ölkənin 3-cü ən böyük kilsəsi olan Lakewood Kilsəsində hər həftə bazar ibadətlərinə təxminən 45 min insan qatılır.