Tramp 454 milyon dollar cərimə olunduğu işdən apellyasiya şikayəti veribbackend

Tramp 454 milyon dollar cərimə olunduğu işdən apellyasiya şikayəti verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ona, övladlarına və şirkətlərinə qarşı açılan və təxminən 454 milyon dollar məbləğində cərimələndiyi fırıldaqçılıq işindən apellyasiya şikayəti verib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Trampın vəkilləri Apellyasiya Məhkəməsinə müraciətlərində təzminat qərarına etiraz ediblər.

Vəkillər apelyasiya şikayətində hökmü çıxaran hakim Artur Engoronun “vəzifə səlahiyyətlərindən sui-istifadə edib-etməməsi”, “səlahiyyətlərini aşması” və “qərarda hüquqi və ya faktiki xəta” olub-olmamasının araşdırılmasını istəyib.

Qeyd edilir ki, Engoronun tətbiq etdiyi təxminən 355 milyon dollarlıq cərimə faizlə birlikdə təxminən 454 milyon dollara yüksəlib, Trampın ödəməli olduğu məbləğ isə gündə təxminən 112 min dollar artıb.

Apellyasiya Məhkəməsinin Engoronun qərarını dayandırmaq, cərimə məbləğini azaltmaq, cəzanı dəyişdirmək və ya tamamilə ləğv etmək səlahiyyəti olduğu halda bildirilir ki, Trampa qarşı qərar çıxarılarsa, sabiq prezidentin vəkilləri qərardan yuxarı instansiya məhkəməsinə şikayət edə bilərlər.