Tramp Baydeni Putinlə təmasların olmamasına görə tənqid edib.
İnterpress.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb. ABŞ prezidentliyinə namizəd Tramp rəqibi Harrislə teledebatda prezident Baydeni Rusiya prezidenti Putinlə təmasların olmamasına görə tənqid edib.
O deyib ki, hazırkı Amerika administrasiyası Rusiya Federasiyası ilə Ukrayna arasında müharibəni dayandırmağa “hətta cəhd etmir”.
“Mən Zelenskini çox yaxşı tanıyıram, Putini də yaxşı tanıyıram. Yaxşı münasibətimiz var, mənə hörmət edirlər. Baydenə hörmət etmirlər… O, bu iki ildə Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı Putinə zəng belə vurmayıb, heç kimlə danışmayıb”, –
Tramp yenə də prezident seçkilərində qalib gələcəyi təqdirdə bu müharibəni hələ inauqurasiyadan əvvəl dayandıracağına söz verib.
Harris Trampı Putinin “lütfü və dostluğu naminə” Ukraynaya yardımdan imtina etməyə hazır olmaqda ittiham edib.
Xuraman Etibarlı
İnterpress.az