Donald Trump Şahzadə Harrinin “Kraliçaya xəyanət etdiyini” iddia edib və bu il prezident olaraq ikinci müddətə qalib gələrsə, hersoqun “öz başına” qalacağını söyləyib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Sasseks cütlüyü 2020-ci ildə ABŞ-a köçdü, lakin Tramp Bayden administrasiyasının onlara qarşı “çox xoş” olduğunu söyləyib.
Şənbə günü Vaşinqton yaxınlığındakı Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında çıxış edən Tramp “Express”ə deyib:
“Mən onu qorumazdım. O, Kraliçaya xəyanət etdi. Bu, bağışlanmazdır. Məndən asılı olsaydı, o, təkbaşına olardı”.