Treyderlər ABŞ dollarının çöküşünə rekord məbləğdə mərc ediblər – “Bloomberg”backend

Treyderlər ABŞ dollarının çöküşünə rekord məbləğdə mərc ediblər – “Bloomberg”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Treyderlər ABŞ dollarının çökməsinə rekord mərclər qoyublar.

İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Dünya bazarlarında fəaliyyət göstərən treyderlər ABŞ dollarının kəskin dəyər itirməsi və çökməsi ilə bağlı rekord həcmdə mərclər ediblər.

Ekspertlərin fikrincə, bu vəziyyət beynəlxalq maliyyə sistemində Amerika valyutasına olan inamın ciddi şəkildə sarsıldığını göstərir.

Məlumata görə, dolların gələcəyi ilə bağlı yaranan bu qorxuların bir neçə əsas səbəbi var.

Bunlar arasında ABŞ-nin dövlət büdcəsində artan kəsir, kəskinləşən ticarət münaqişələri və investorların vəsaitlərini sürətlə qızıl və digər alternativ aktivlərə yönəltməsi (diversifikasiya) ön plana çıxır.

Analitiklər hesab edir ki, iqtisadi qeyri-müəyyənlik fonunda qızıla tələbatın artması dolların mövqelərinə əlavə təzyiq göstərir.

Xuraman Etibarlı

İnterpress.az