Tunisli aktrisa Hind Sabri, İsrailin hücumları altında Qəzzada yaşayan insanlara qarşı “aclığın müharibə silahı kimi” istifadəsinə etiraz olaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Ərzaq Proqramının xoşməramlı səfirliyindən istefa verib. u barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Tunisli aktrisa Hind Sabri İsrailin Qəzzaya hücumları ilə bağlı açıqlama verib.
Sabri deyib: “Dünyada 13 illik humanitar yardım işindən sonra Dünya Ərzaq Proqramındakı vəzifəmdən istefa verdim. “BMT-dəki xoşməramlı səfirliyi tərk etdiyimi dərin təəssüf hissi ilə bildirirəm”.
İstefası ilə səsini Dünya Ərzaq Proqramında səlahiyyətlilərə güclü şəkildə çatdırmağı hədəflədiyini vurğulayıb.