Türkiyə İsveçrəyə nota verdibackend

Türkiyə İsveçrəyə nota verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrənin Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

PKK terror təşkilatının müxtəlif ad altında İsveçrədə nümayəndəliyinin açıqlaması ilə bağlı diplomata etiraz mətni təqdim edilib və məsələ ilə bağlı izahat istənilib.

Bildirilib ki, PKK/YPG terror təşkilatı və ona bağlı qruplaşmaların müxtəlif adlar altında təbliğat aparmalarına və terrorçuluq fəaliyyətlərini qanuniləşdirməsinə heç bir şəkildə icazə verilməməlidir.