Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq güclənirbackend

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq güclənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq güclənir.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, tərəflər ikinci dəfə üçtərəfli toplantı keçirib. İclasda müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi və ümumi hədəflər uğrunda addımlar atılması barədə qərar qəbul olunub.

Üçüncü iclasın bu ilin fevral ayında Ər-Riyadda keçirilməsinə dair razılıq əldə olunub.

Qeyd edək ki, ilk üçtərəfli görüş də Səudiyyə Ərəbistanında keçirilmişdi.