Türkiyə Prezidenti xəbərdarlıq edib: “Dünyada su mənbələri sürətlə azalır”backend

Türkiyə Prezidenti xəbərdarlıq edib: “Dünyada su mənbələri sürətlə azalır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada su mənbələri sürətlə azalır.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə üzrə 369 su obyektinin açılışı ilə bağlı keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bunun müxtəlif səbəbləri var: “Əlbəttə, əhalinin artması da su qıtlığına təsir göstərir. Yağıntının miqdarında isə heç bir dəyişiklik olmur”.

R.T.Ərdoğanın sözlərinə görə, iqlim dəyişikliyi ilə bağlı olaraq dünyada təbii fəlakətlərin də sayı artır: “Fikir verirsinizsə, son vaxtlar yanğınların, zəlzələlərin, daşqınların sayı artıb”.

Türkiyə lideri bildirib ki, dünyanın nizamı pozulur: “Əgər hərəkətə keçməsək, daha ağır nəticələrlə üzləşə bilərik. Sudan qənaətlə istifadə etmək lazımdır. Bu, seçim deyil, məcburiyyətdir”.