Türkiyədə biologiya müəllimini qətlə yetirən şagirdə  37 il 6 ay CƏZA VERİLDİbackend

Türkiyədə biologiya müəllimini qətlə yetirən şagirdə 37 il 6 ay CƏZA VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə dərs zamanı müəllimini vəhşicəsinə öldürən 17 yaşlı məktəbliyə hökm oxunub.

İnterpress.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Türkiyənin İstanbul şəhərinin Çəkməköy rayonundakı liseydə biologiya müəllimi Fatma Nur Çeliki bıçaqlayaraq öldürən və daha 6 nəfəri yaralayan 17 yaşlı Furkan Samet Bakalımın məhkəmə prosesi başa çatıb.

Anadolu 2-ci Uşaq Ağır Cəza Məhkəməsinin qərarı ilə təqsirləndirilən yeniyetmə ümumilikdə 37 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Hadisə cari ilin mart ayında məktəb saatlarında baş verib. 11-ci sinif şagirdi olan Furkan yanındakı bıçaqla müəllimi Fatma Nur Çelikə və məktəbdəki digər müəllim və şagirdlərə hücum çəkib.

Ağır yaralanan 44 yaşlı biologiya müəllimi aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq, dünyasını dəyişib.

Məhkəmə heyəti əvvəlcə təqsirləndirilən şəxsə “ictimai vəzifəsini yerinə yetirən qadına qarşı qəddarca hisslərlə qəsdən adam öldürmə” maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs cəzası təyin edib.

Lakin hadisə baş verən tarixdə qatilin 17 yaşında olması (yaş həddi azyaşlı olması) nəzərə alınaraq, bu cəza qanunvericiliyə uyğun olaraq 24 il həbslə əvəz edilib.

Bununla yanaşı, məhkəmə onun digər 6 nəfərə qarşı törətdiyi müxtəlif cinayətlərə (qəsdən adam öldürməyə cəhd və s.) görə ona əlavə olaraq 13 il 6 ay cəza təyin edib.

Bununla da qatil yeniyetmənin ümumi cəzası 37 il 6 ay olaraq qüvvədə saxlanılıb.

İstintaq zamanı məktəblinin bu qanlı cinayəti aylarla əvvəlcədən planlaşdırdığı sübuta yetirilib.

Xuraman Etibarlı

İnterpress.az