Türkiyəli məşhur aktrisanın yeni sevgilisi üzə çıxdı – FOTObackend

Türkiyəli məşhur aktrisanın yeni sevgilisi üzə çıxdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli məşhur aktrisa Gökçe Bahadır yeni sevgilisi ilə kameralara tuş gəlib.

“A Haber” məlumat verir ki, yunanıstanlı Yiannis Maqkos ilə ayrılandan sonra basketbolçu Kerem Tunçeri ilə eşq dedi-qodularında adı hallanan aktrisa musiqiçi Emir Ersoyla eşq yaşayır.

Dostluqları qısa müddətdə eşqə çevrilən cütlük birlikdə yaşamağa başlayıblar.

Onlar Ersoyun “Sezenli şarkılar” layihəsində “Hepsi senin mi?” mahnısında əməkdaşlıq ediblər.

Münasibətlərini gözdən uzaq yaşayan məşhurlar ilk dəfə əl-ələ görüntüləniblər.