Türkiyəli müğənni Bülənt Ersoy qəribə vəsiyyəti ilə gündəmi alt-üst edib.
İnterpress.az Türkiyə mediasına istinadla xəbər verir ki, məşhur türk sənətçisi, transseksual Bülənt Ersoy vəsiyyətində məzarının hər gün “xlorla yuyulub təmizlənməsini” və təzə çiçəklər qoyulmasını istəyib.
“Qəbrim çox qəşəng olsun. Hər gün xlor və ağardıcı ilə yuyulub təmizlənsin, üzərindəki çiçəklər həmişə təzə olsun”, – Ersoy bildirib.
Onun bu vəsiyyəti birmənalı qarşılanmayıb, sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az