“Azərbaycanla qardaşlığımız əbədiyyətə qədər davam edəcək”.
İnterpress.az xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə “X”də yazıb.
“Qardaş ölkə Azərbaycanın Müstəqillik Gününü ən səmimi duyğularla təbrik edirəm. Tək millət, iki dövlət prinsipi ilə davam etdirdiyimiz qardaşlığımız əbədiyyətə qədər davam edəcək”, – o bildirib.