Türkiyənin Azərbaycandakı səfirliyində bayraqlar yarıya endirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı yanvarın 20-də Şəhidlər xiyabanında jurnalistlərə açıqlamasında deyib.
“Bu gün qardaş Azərbaycanın matəm günüdür. Səfirliyimizdə bayraqlar yarıya endirilib. Torpaq, uğrunda ölən varsa, vətəndir. 20 Yanvar azadlıq uğrunda yandırılan bir məşəldir. O gecə qəhrəmanlar həyatlarını qurban verdilər. Bu gün hürriyyət, azadlıq arzusunun başladığı tarixdir. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. İnanırıq ki, bütün şəhidlər sadəcə Azərbaycan xalqının deyil, Türkiyə xalqının da ürəyində yaşayır və əbədi olaraq yaşayacaq”, – diplomat bildirib.