Türkiyəyə daxil olarkən respublikaya gələn bütün əcnəbilərdən barmaq izləri götürüləcək.
interpress.az xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya məlumat verib.
“ABŞ və İngiltərədə olduğu kimi Türkiyəyə daxil olarkən barmaq izləri götürüləcək”, – nazir deyib.
Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri respublikada müvəqqəti mühafizə statusu almış şəxslərin şəxsiyyət vəsiqələrinin çiplənməsi planlarını da açıqlayıb. Bu, ilk növbədə, ölkədə yaşayan Suriya vətəndaşlarına aiddir.
Yerlikaya qeyd edib ki, belə sənədləri saxtalaşdırmaq mümkün deyil və onların istehsalına artıq başlanılıb.
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, respublikada 4,4 milyon əcnəbi var ki, onlardan 3,1 milyonu Suriya vətəndaşıdır.
Xuraman Etibarlı
İnterpress.az