Türkiyəyə təcili eniş edən təyyarədə partlayış təhlükəsinin yalan olduğu ÜZƏ ÇIXDI – FOTObackend

Türkiyəyə təcili eniş edən təyyarədə partlayış təhlükəsinin yalan olduğu ÜZƏ ÇIXDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəyə təcili eniş edən təyyarənin göyərtəsində partlayış təhlükəsinin yalan olduğu üzə çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Anadolu xəbər agentliyi məlumat yayıb.

6 sentyabr təqribən yerli vaxtla saat 16:30-da Hindistanın Vistara aviaşirkətinin Mumbaydan Frankfurta uçan təyyarəsi Türkiyənin Ərzurum şəhərinin hava limanına məcburi eniş edib.

Bütün 234 sərnişin və 13 ekipaj üzvü təxliyə edilib.

Qeyd olunub ki, sərnişinlərdən biri tualet kabinəsində təyyarədə bomba olduğunu bildirən qeyd qoyub.

Xuraman Etibarlı

İnterpress.az