Türklər Çin mallarını boykot etməyə başlayıblar.
interpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Bildirilir ki, türklər Çin mallarını boykot etməyə başlayıblar. Onlar bununla bağlı markaların adları və şəkilləri olan vərəqələr yayıblar.
Qeyd olunur ki, türklər Şərqi Türküstan müsəlmanlarına və uyğurlara dəstək olaraq Çin markalarını boykot edirlər.
Xuraman Etibarlı
İnterpress.az