Türkmənistan əhalinin Türkiyəyə axını ilə əlaqədar miqrasiyaya nəzarəti gücləndirə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “Turkmen.news” öz mənbələrinə istinadən yazıb. Bildirilir ki, Türkmənistan hakimiyyəti Türkiyəyə gedən vətəndaşlara nəzarəti gücləndirə bilər.
Qeyd edilir ki, Türkiyə “yumşaq miqrasiya siyasəti” həyata keçirir və xaricdən işçi qüvvəsinin axınını artırmağa çalışır.
Aşqabad da öz növbəsində vətəndaşlarının Türkiyəyə getməsinin qarşısını almaq və artıq xaricə gedənlərin geri qaytarılması üçün səylər göstərir.
Bu məqsədlə miqrasiya xidmətinin əməkdaşları Türkmənistan vətəndaşlarını kütləvi şəkildə uçuşlardan uzaqlaşdırır, xarici pasportların etibarlılıq müddətini qısaldır və onların alınması prosedurunu yubadır.
Bundan əlavə, xaricdə təhsil alan tələbələrə pul köçürmək çətinləşir.
Xuraman Etibarlı
İnterpress.az